9 C
Baku
Thursday, December 12, 2024

ABB-dən ədliyyə işçilərinə sərfəli kredit təklifi!

®ABB 22 Noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Gününə özəl olaraq yeni kredit kampaniyası elan edib. Kampaniya çərçivəsində ədliyyə işçiləri 3 dekabr tarixinədək nağd pul kreditini ABB-dən sərfəli şərtlərlə əldə edə bilərlər.

Kreditin şərtləri: 

  • Məbləğ – 35 000 manatadək
  • Müddət – 60 ayadək
  • Komissiya – 0%
  • Sığorta haqqı – 0%
  • İllik faiz dərəcəsi – 12.9%-dən başlayaraq

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə Bankın istənilən filialına yaxınlaşmaq kifayətdir. Müştəri Bankın saytı vasitəsilə əvvəlcədən Randevu götürərək filiallarda krediti növbə gözləmədən əldə edə bilər. Krediti Banka gəlmədən ABB mobile tətbiqindən, yaxud Bankın saytından onlayn şəkildə də sifariş verib əldə etmək mümkündür.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər