“ABB” ASC 2022-ci ili 254 milyon 380 min manat xalis mənfəətlə başa vurub. 2021-ci ilin eyni dövründə isə bankın mənfəəti 208 milyon 780 min manat təşkil edib ki, bu da illik müqayisədə 22% artım deməkdir.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ KƏSKİN ARTIB
2022-ci ildə ABB-in cəmi gəlirləri 780 milyon 239 min manat (əvvəlki ilə nisbətən 29% çox), cəmi xərcləri 384 milyon 809 min manat təşkil edib.
AKTİVLƏRİ 14 MİLYARD MANATI ÖTDÜ
Bu il yanvarın 1-nə ABB-nin aktivləri 14 milyard 39 milyon manat olub ki, bu da ötən ilin sonuna nisbətən 22.3% çoxdur. Bunun 3 milyard 531 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, 2022-ci ildə Bankın kredit portfeli 14% böyüyüb.
DEPOZİTLƏRİ KƏSKİN ARTIB
Hesabat dövründə bankın cəmi öhdəlikləri 24% artaraq 12 milyard 406 milyon manat, depozitləri 28.5% artaraq 10 milyard 622 milyon manat, cəmi kapitalı isə 14% artaraq 1 milyard 633 milyon manat təşkil edib.