3 C
Baku
Saturday, December 14, 2024

ABB-dən dayanıqlı gələcək üçün mühüm layihəyə dəstək

®Bakıda ilk dəfə təqdim olunan velosiped kirayəsi layihəsi ABB-nin və Bankın beynəlxalq tərəfdaşı Mastercard şirkətinin dəstəyi ilə həyata keçirilib. Velosipedləri Bakıdakı 50-dən artıq parklanma yerindən kirayə götürmək mümkündür. 

Sərnişinlərin rahat istifadəsi üçün parklanma yerləri metro stansiyalarına, avtobus dayanacaqlarına, təhsil müəssisələrinə və iri ticarət mərkəzlərinə yaxın ərazilərdə yaradılıb. Bu məkanlarda velosipedlərin kirayə qaydası ilə bağlı məlumat lövhələri də yerləşdirilib.

Xüsusi QR kodlar vasitəsilə “Apar” tətbiqinə daxil olub velosipedlərdən istifadə imkanlarını aktivləşdirmək, yaxud deaktiv etmək, xidmət haqqının ödənişini təmassız yerinə yetirmək olar. 

“Apar” şirkətinin reallaşdırdığı bu layihə paytaxt sakinlərinə, turistlərə Bakıda təhlükəsiz səyahət imkanı yaradır. Velosiped kirayəsi xidməti şəhərdə tıxac və parkinq problemlərinin minimallaşdırılmasına da mühüm töhfədir. ABB və Mastercard xidmət istifadəçilərinə ödənişlər zamanı müxtəlif endirim fürsətləri də yaradacaq.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər