22 C
Baku
Sunday, May 26, 2024

ABB dekabrın 12-dən 200 mln. manat məbləğində səhmin əlavə emissiyasının yerləşdirilməsinə başlayacaq

“Azərbaycan Beynəlxalq Bankı” ASC 2014-cü ilin aprel ayında 200 mln. 1,5 manatlıq səhmin əlavə emissiyası hesabına nizamnamə kapitalını 54,3% – 568 mln. 333,337 min manata qədər artırılmasını başa çatdırmağı planlaşdırır. Bu barədə bankın elanında bildirilir.

ABB-nin əlavə emissiyadan olan səhmlərinin satışına 2013-cü il dekabrın 12-də başlanacaq və 2014-cü il aprelin 12-də başa çatacaq.

Əlavə emissiya bir qiymətli kağızın nominal dəyəri 0,26 manat olan 769 mln. 230,775 min ədəd səhmə bölünüb.

Xəbər verildiyi kimi, 2013-cü ilin oktyabr ayında ABB səhmdarları dörd il ərzində bankın nizamnamə kapitalının mərhələli şəkildə 500 mln. manat artırılması barədə qərar qəbul ediblər. İlk artım 200 mln. manat, sonrakı illərdə isə hər il 100 mln. manat olacaq.

Hazırda ABB-nin nizamnamə kapitalı 368 mln. 333 min 335,5 manata bərabərdir.

ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. ABB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər