12 C
Baku
Wednesday, December 11, 2024

“ABB – Gürcüstan”-ın 10 yaşı tamam olur  

Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisələrindən olan “Azərbaycan Beynəlxalq Bankı – Gürcüstan”ın fəaliyyətə başlamasının 10-cu ildönümü tamamlanıb. Bu bank 2007-ci ilin fevralında Azərbaycan dövlətinin dəstəyi ilə fəaliyyətə başlayıb. Hazırda “ABB–Gürcüstan”-ın nizamnamə kapitalı 22,688,000 lari təşkil edir. Bu barədə Banker.az maliyyə portalına Bankdan xəbər verilib.

Gürcüstan Banklar Assosiasiyasının üzvü, Gürcüstanın “Birləşmiş Klirinq Mərkəzi”nin təsisçilərindən olan Bank 2011-ci ildə BACEE təşkilatına (Mərkəzi və Şərqi Avropa regionu üzrə Banklar Assosiasiyası)  qəbul edilib.

“ABB-Gürcüstan”ın əsas missiyası Gürcüstanın maliyyə bazarında Azərbaycan kapitalının mövqeyini möhkəmləndirmək və biznesin bu kapitala çıxış imkanlarını təmin etmək, Azərbaycanla Gürcüstan arasında iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verməkdir. Bank Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi irimiqyaslı beynəlxalq layihələrə maliyyə vasitəçisi kimi yaxından dəstək göstərir. “ABB-Gürcüstan” ölkənin bank sektorunda mövqelərini getdikcə gücləndirir, iri korporativ müştərilər üçün əsas maliyyə mənbələrindən sayılır.

 

Son xəbərlər
Digər xəbərlər