12 C
Baku
Saturday, November 23, 2024

ABB Hesab.az-la birgə “ƏDV geri al”maq imkanını daha da genişləndirdi

®“ƏDV geri al” xidməti istifadəçilərinin imkanlarını genişləndirmək üçün ABB partnyor qurumlarla inteqrasiya proseslərini davam etdirir. Artıq Golden Pay şirkətinə məxsus Hesab.az saytı və tətbiqində də ABB-yə aid virtual ƏDV kartını aktivləşdirmək və alış-veriş çeklərini oxutmaq mümkündür. 

Beləliklə, müştərilər bundan sonra çekləri həm ABB mobile tətbiqi, həm Azercell, həm də Hesab.az vasitəsilə oxudaraq ƏDV qazanclarını eyni kartda toplaya bilərlər. Bu cür inteqrasiya layihələri ilə ABB öz tərəfdaşlarına da yeni imkanlar yaratmış olur.

Qeyd edək ki, “ƏDV geri al” Azərbaycanda pərakəndə ticarət və ya iaşə müəssisələrindən əldə edilmiş mallara görə ödənilmiş ƏDV-nin müəyyən hissəsinin müştəriyə geri qaytarılması xidmətidir. Nağdsız qaydada ödənilmiş ƏDV-nin 15%-i, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10%-i geri qayıdır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər