“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adi sənədsiz adlı səhmlərinin “Bakı Fond Birjası” QSC-də (BFB) 29 mart 2015-ci il tarixindən etibarən əsas bazar seqmentində yerləşdirilməsinə başlanıb.
Banker.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, bankın 100 mln. manat məbləğində səhmin əlavə emissiyasının yerləşdirilməsinə başlayır. Əlavə emissiya bir qiymətli kağızın nominal dəyəri 0,27 manat olan 370,37 min ədəd səhmə bölünüb.
Səhmlərin yerləşdirilməsinin anderrayteri “International Transaction System” ASC-dir.
Əlavə emissiyadan olan səhmlərin yerləşdirilməsi prosesinin 11.06.2015-ci ilə qədər başa çatacağı nəzərdə tutulur.