ABB (Azərbaycan Beynəlxalq Bankı) cari ilin ilk üç rübünü 209.91 mln. manat həcmində xalis mənfəət əldə edib.
Banker.az bu barədə dövlət bankının rüblük maliyyə hesabatına istinadən xəbər verir.
2022-ci ilin yanvar-sentyabr rüblüyündə bankın faizdən gəlirləri 402.74 milyon manat olmaqla öncəki ili 24% üstələmiş olub.
Bankın faiz gəlirlərinin 267 milyon manatı müştəri kreditlərindən gələn faiz gəliri təşkil edib.
Bankın faiz xərcləri 13% azalaraq 59.13 milyon manat, qeyri-faiz gəlirləri 3% artaraq 133.2 milyon manat, 26% artaraq 195.06 milyon manat olub.
Bununla da onun 1 oktyabr 2022-ci il tarixinə olan bölüşdürülməmiş mənfəəti 166.72 milyon manat təşkil edib.
ABB-nin aktivlərinin həcmi 8% artımla 12 milyard 432.46 milyon manata çatıb. Öhdəliklərinin həcmi 10 milyard 881.63 milyon manat və kapitalı isə 1 milyard 550.83 milyon manat olub.