12 C
Baku
Wednesday, December 11, 2024

ABB ilk yarımilliyi 118 milyon manatlıq xalis mənfəətlə tamamlayır: hesabat

Azərbaycanın ən iri bankı və səhmləri dövlətə məxsus olan ABB (Azərbaycan Beynəlxalq Bankı ASC) 2022-ci ilin ilk yarısını 118.42 milyon manatlıq xalis mənfəət əldə edib.

Bu barədə Banker.az ABB-nin rüblük maliyyə hesabatına istinad edir.

Hesabatda qeyd edilir ki, ABB il yarımillikdə 253.86 milyon manat həcmində gəlir əldə etmələ öncəki ili 18 faiz üstələyib. Gəlirlərinin 174.44 milyon manatı (2021: 136.46 mln. manat) müştərilərə verdiyi kreditlər üzrə olub.  Onun faiz xərcləri azalıb. Belə ki, bu göstəricilər hesabat dövründə 35.66 milyon manat təşkil edib, bu öncəki ilin eyni dövründə 51.69 milyon idi.

Bununla da onun xalis faiz gəliri ilin ilk yarısında 218.19 milyon manat üzərində olmaqla 2021-ci ilin analoji dövründən 33% yuxarıdır.

Əvəzində, ABB-nin qeyri-faiz gəlirlərinin həcmində eniş müşahidə edilib. Ötən ilin ilk yarısında dövlət bankı 99.33 mln. manatlıq qeyri-faiz üzrə əməliyyatlardan gəlir əldə etdi halda, cari ilin qeyd edilən tarixinə 81.64 mln. manata düşüb. Bu azalmanın isə səbəbi onun qiymətli kağızların satışından və yenidən qiymətləndirilməsindən  17.69 mln. manatlıq zərər etməsidir.

Bank işinin təşkilində ikinci əsas xərc olan qeyri-faiz xərcləri xeyli yüksəlib, bu da onun xalis mənfəətinin azalmasında əsas dəstəkləyici amildir. Onun 2021-ci ilin ilk yarısındakı qeyri-faiz əməliyyatı xərci 98.69 milyon manat olduğu halda, bu rəqəm cari ildə 124.83 milyon manat yüksəlib.

ABB-nin 35.37 milyon manatlıq mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar və 21.22 milyon manatlıq mənfəət vergisi xərci çəkib. Bununlda da 118.42 milyon manatlıq xalis mənfəət əldə edib. Öncəki ilin müvafiq tarixinə göstəricisi 148.15 milyon manat idi.

Bu xalis mənfəətdən sonra 1 iyul 2022-ci il tarixinə onun balansındakı bölüşdürülməmiş mənfəət 179.71 milyon manat olub.

3421131123

Son xəbərlər
Digər xəbərlər