ABB Invest ABB mobile-ın investisiya bölməsini yenilədi: yeni dizayn və funksiyalar istifadəyə verdi

® ABB Invest ABB mobile tətbiqinin investisiya bölməsində istifadəçi təcrübəsini təkmilləşdirən yeni dizayn və funksiyaları istifadəyə verib. Yenilənmə çərçivəsində istifadəçilər artıq ABŞ və yerli bazarlardakı portfellərini vahid ekranda izləyə, investisiya məhsullarını “Kəşf et” bölməsində araşdıra və dostlarını investisiya hesabı açmağa dəvət edə bilərlər.

ABB mobile tətbiqində investisiya bölməsinə daxil olan istifadəçiləri artıq yenilənmiş dizayn qarşılayacaq. Yeni dizaynda müştərilər portfelləri üzrə əsas məlumatları daha rahat izləməklə yanaşı, birbaşa həmin ekran üzərindən müvafiq bazarlara keçid edə biləcəklər. Yenilik müxtəlif bazarlardakı investisiyaların idarə edilməsini daha sadə, sürətli və rahat etməyə imkan verir.

Tətbiqdə istifadəyə verilmiş əsas yeniliklərdən biri də “Kəşf et” bölməsidir. ABB mobile-ın aşağı menyusunda yerləşdirilən bu bölmədə istifadəçilər ETF-lər, analitik proqnozlar, investisiya ideyaları və digər aktual investisiya imkanları ilə tanış ola bilərlər. Sosial media platformalarındakı kəşfetmə məntiqinə uyğun hazırlanmış bölmə istifadəçilərə yeni məhsulları və bazar imkanlarını daha rahat araşdırmağa kömək edir.

ABB mobile tətbiqinin investisiya bölməsinə “Dostunu dəvət et” funksiyası da əlavə olunub. Bu funksiya vasitəsilə istifadəçilər xüsusi dəvət linkini birbaşa tətbiqdən dostları ilə paylaşa bilərlər. Dəvət linki vasitəsilə ABB mobile tətbiqində ABŞ bazarı üzrə investisiya hesabı açan yeni müştəri hesabın açıldığı tarixdən etibarən 30 gün ərzində həyata keçirdiyi bütün alış və satış əməliyyatları üzrə komissiya haqqına 50 faiz endirim əldə edir. Dəvət edən şəxs isə həmin 30 günlük müddətdə dəvət etdiyi müştərinin endirim tətbiq edildikdən sonra faktiki ödədiyi komissiya məbləği qədər bonus qazanır. Qazanılan bonus 30 günlük müddət başa çatdıqdan sonra dəvət edən şəxsin investisiya hesabına köçürülür. Beləliklə, dəvət olunan müştəri ilk investisiya əməliyyatlarını daha sərfəli şərtlərlə həyata keçirir, dəvət edən şəxs isə dostunun ödədiyi komissiya məbləğinə uyğun əlavə bonus əldə edir.

ABB Invest rəqəmsal investisiya xidmətlərini inkişaf etdirməklə investisiya məhsullarına çıxışı daha rahat və əlçatan etməyi, istifadəçilərə vahid və müasir investisiya təcrübəsi təqdim etməyi hədəfləyir.

ABB mobile tətbiqinin yenilənmiş investisiya bölməsinə keçid etmək və yeni imkanlardan yararlanmaq üçün buraya klik edin.  Ətraflı məlumat üçün [email protected] elektron poçt ünvanına müraciət edə, həmçinin *3773 qısa nömrəsi və ya +994 50 268 33 99 mobil nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər