“ABB-İnvest İnvestisiya Şirkəti”nin xalis mənfəəti öncəki illə müqayisədə kəskin artaraq 2024-cü ildə 2 milyon 319 min manata çatıb. Bu, 2023-cü ildəki 602 min manatlıq xalis mənfəətlə müqayisədə 285% və ya 1 milyon 717 min manat daha yüksəkdir.
Banker.az xəbər verir ki, investisiya şirkətinin faiz gəlirləri də artım nümayiş etdirib. 2024-cü ildə effektiv faiz dərəcəsindən istifadə etməklə hesablanmış faiz gəlirləri 1 milyon 610 min manat təşkil edib ki, bu da hesabat ilindən illə müqayisədə 30.5% və ya 376 min manat çoxdur.
Xalis faiz gəliri 2024-cü ildə 651 min manata yüksəlib. 2023-cü ildə bu göstərici 598 min manat idi ki, bu da 9% artımdır.
Qeyri-faiz gəlirləri isə 4.2 milyon manat olub ki, müqayisədə (+340%), eyri-faiz xərcləri 1.94 milyon manat təşkil edib (+145%)..
2024-cü ilin yekununda şirkətin cəmi aktivləri 26 milyon 255 min manat olub. Bu, 2023-cü ildəki 21 milyon 969 min manatla müqayisədə 19.5% və ya 4.3 milyon manat artım deməkdir.
Cəmi öhdəliklər illik müqayisədə 50.7% və ya 6.6 milyon manat artımla 19 milyon 629 min manat olub.
Ən böyük artım borc alınmış vəsaitlərdə qeydə alınıb – 2023-cü ildə 2.5 milyon manat olan bu göstərici 2024-cü ildə 16.2 milyon manata yüksəlib – 6.4 dəfə artım.
Eyni zamanda, şirkətin cəmi kapitalı 6.6 milyon manata çatıb, bu da ötən ilin sonundakı 4.7 milyon manatla müqayisədə 41.9% artım deməkdir.
Xatırladaq ki, “ABB-İnvest”i 2020-ci ilin iyun ayında “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) yaradıb, investisiya şirkəti oktyabr ayında Azərbaycan Mərkəzi Bankından lisenziya alıb.