Dövlətin ən iri bankı ABB-nin (Azərbaycan Beynəlxalq Bankı ASC) işçilərinin sayı 31.12.2024-cü il tarixinə 3 902 nəfər olub.
Banker.az-ın əldə etdiyi məlumata görə, bankın işçilərinin sayı illik müqayisədə 408 nəfər və ya 12% artıb.
Qeyd edək ki, ABB-nin işçilərinin sayı ötən ilin iyun ayının sonunda 3 746 nəfər, 2023-cü ilin sonunda 3 494 nəfər olub.