23 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

ABB kapital bazarında; mövqeyi güclənib, bu fəaliyyətindən gəlirləri 68% artıb

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycanda dövlətin payı olduğu ABB bankı 2021-ci ilin ilk yarmilliyində qiymətli kağızlar bazarında mövqeyini gücləndirə bilib.

Banker.az xəbər verir ki, bankın ticarət və investisiya qiymətli kağızlar üzrə portfelinin həcmi 1 mlrd. 414.14 mln. manata çatdırılıb.

Bu isə son altı ay ərzində aktivlərində olan bu portfelin 146.17 mln. manat,  yaxud 11.5 faiz böyüdülməsi deməkdir.

ABB-nin ticarət və investisiya qiymətli kağızlar üzrə faiz gəlirlərinin həcmi də artıb. İllik müqayisədə qiymətli kağızlardan daxil olan faiz gəlirlərinin həcmi 11.88 mln. manat, yaxud 68 faiz artırılmaqla 29.43 mln. manata çatdırıb.

Qeyd edək ki, ABB-nin müştərilərə verdiyi kreditlər üzrə faiz gəliri ilin ilk yarımilliyində 136.46 mln. manat idi.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər