10 C
Baku
Friday, December 13, 2024

ABB Miles kartı ilə 5000 mil hədiyyə qazan!

®ABB Miles kartları ilə bağlı yeni kampaniyaya start verilib. Kampaniya çərçivəsində 3 mart tarixinə qədər ABB-dən istənilən növ ABB Miles debet və ya kredit kartı alan müştərilər kampaniya ərzində nağdsız ödənişlərinin cəmi 1000 AZN və daha çox olduqda 5000 mil hədiyyə qazanacaqlar.

ABB Miles kartları, əsasən, səyahətsevərlər üçün nəzərdə tutulub. Müştərilər ödənişlərini bu kartlarla aparıb millər toplayaraq pulsuz səyahət imkanlarından istifadə edə bilərlər. ABB Miles kartları müştəriyə nağdsız ödənişlərdən millər qazandırır. Sonra isə toplanmış millər pulsuz təyyarə biletlərinə, yaxud otel rezervasiyalarına dəyişdirilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı dəyişmək mümkündür. ABB Mileslə toplanmış millər bütün hava yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda millər topladıqdan sonra şəxsi kabinetinə daxil olaraq onlardan istədiyi formada istifadə edə bilər. Millərin hesablanması qaydaları və şərtləri ilə buradan tanış olmaq mümkündür. ABB Miles Premium kart sahibləri Chatbot Concierge, Lounge Key xidmətindən, Mastercardın təklif etdiyi sığorta və digər xidmətlərdən də yararlana bilərlər.

Kampaniyanın şərtləri nağdlaşdırma əməliyyatlarına, kommunal, mobil operator, vergi/gömrük, dövlət və sığorta, maliyyə institutlarına ödənişlərə, kredit, kart transfer, unique cash, quasi cash ödənişlərinə aid deyil.

 ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər