8 C
Baku
Thursday, December 12, 2024

“ABB-Moskva” Azərbaycana pul köçümələri üzrə komissiyanı aşağı salıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Rusiyadakı törəmə müəssisəsi olan “ABB-Moskva” bu gündən etibarən “İBA-Express” sistemi ilə Azərbaycana pul köçürmələri üzrə kampaniyaya başlayıb.

Bu barədə “Report”a bankdan məlumat verilib.

Bir aylıq kampaniyaya əsasən, Bank Azərbaycana pul köçürmələri üzrə komissiyanı 0,5%-ə salıb. Köçürmənin məbləği 1 ABŞ dolları yaxud 51 rubldan başlayır. Kampaniyadan Bankın Moskva, Sankt-Peterburq və Yekaterinburqdakı bütün ofislərində yararlanmaq mümkündür.

Bildirək ki, kampaniya yalnız Rusiyadan Azərbaycana köçürmələr üçün nəzərdə tutulub. Kampaniyanın iştirakçıları Rusiya və Azərbaycan banklarıdır.

Qeyd edək ki, kampaniyadan kənar bu sistemlə pul köçürmələri üzrə komissiya məbləğdən asılı olaraq 1-1,5% arasında dəyişir.

Son xəbərlər
Digər xəbərlər