Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə bankı olan «ABB-Moskva»nın Sankt-Peterburq filialının aktivləri son bir il ərzində 19,8% artaraq 2014-ci ilin I yarımilliyin sonuna 5,4 mlrd. rubla çatıb.
Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən verilən məlumata görə, hesabat rübünün sonuna filialın kredit portfeli 3.9 mlrd. rubl təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,1% çoxdur. Faiz gəlirləri, 33,1% artaraq, 73,2 mln. rubl təşkil etmişdir.
Filialın depozit portfeli son bir ildə 79,6% artaraq 1.549 mln. rubl təşkil edib. İyulun 1-nə filialın 23 bankomatı və 149 POS-terminalı olub.