16 C
Baku
Saturday, October 18, 2025

ABB-nin biznes kreditləri portfeli artaraq 3.3 mlrd. manata yaxınlaşıb

Dövlətin və eləcə də sektorun ən iri bankı ABB (Azərbaycan Beynəlxalq Bankı) 2025-ci ilin ilk üç rübündə biznes kreditləri portfelini 168 milyon manat və ya 5.4 faiz artıra bilib.

Banker.az bunu bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Bankın ilin əvvəlində biznesə yönəltdiyi kreditin həcmi 3 milyard 109 milyon manat olduğu halda, üçüncü rübün sonuna 3 milyard 277 milyon manata yüksəlib.

Qeyd edək ki, bankın 1 oktyabr 2025-ci il tarixinə cəmi müştərilərə verdiyi kreditlər 6,239 milyon manat olub, bunun 5,351 milyon manatı milli valyutada, 866 milyon manat ekvivalenti (~509 mln. USD) ABŞ valyutasında olub.

Son xəbərlər
Digər xəbərlər