32 C
Baku
Tuesday, July 23, 2024

ABB-nin bizneslər üçün xidmət paketləri 50%-dək endirimlə

®Sahibkarların etibarlı tərəfdaşı olan ABB yay mövsümündə onlara yeni fürsətlər yaradır. Bank bizneslər üçün “Yay kampaniyası”na start verib. 1 sentyabra qədər davam edəcək kampaniya dövründə fərdi sahibkarlar və hüquqi şəxslər ABB-nin bizneslər üçün xidmət paketlərini 50%-dək endirimlə əldə edə bilərlər. 

ABB xidmət paketlərini kiçik və orta sahibkarların işini asanlaşdırmaq, onların bank xərclərini azaltmaq məqsədilə hazırlayıb. Bura fərdi sahibkarların və hüquqi şəxslərin tez-tez istifadə etdikləri bir çox kompleks bank xidmətləri daxildir. Hər bir iş adamı bu imkandan faydalana bilər. Bu imkandan yararlanmaq üçün xidmət paketləri ABB Business İnternet Bank platforması üzərindən sifariş olunmalıdır.

Xidmət paketlərinin 5 növü var: “Standart”, “Standart+”, “İmtiyazlı”, “Premium” və “Premium+”. Hər bir fərdi sahibkar və hüquqi şəxs xidmət paketlərinin uyğun növünü əldə etmək, eləcə də ətraflı məlumat almaq üçün Bankın saytına daxil ola bilər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/   rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər