12 C
Baku
Wednesday, December 11, 2024

ABB-nin hər səhmi üzrə dividend son 3 ildə 46% artıb

“Son 6 ildə ardıcıl olaraq səhmdarlarımıza yüksək dividend ödəyirik. 2023-cü ilin maliyyə nəticələri əsasında da ABB-nin səhmdarlarına 185 000 000 manat məbləğində dividend ödədik. Bu, hər səhm üzrə 4.1 qəpik deməkdir. Beləliklə, nominal qiymətlə hesablasaq, səhmlərimiz üzrə dividend gəlirliliyi 15,1%-ə yüksəldi”. Bunu bu gün mediada yayılan müsahibəsində ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov açıqlayıb. O, hər səhm üzrə dividendin son 3 ildə 2.8 qəpikdən 4.1 qəpiyə, yəni 46% artdığını diqqətə çatdırıb. “Onu da qeyd edim ki, təkcə elə ötən il bir səhmə düşən mənfəət 8 qəpik olub, yəni səhmin gəlirliliyi 31%-ə yüksəlib. Bankımız daha çox qazandıqca, mənfəəti artdıqca, səhmdarlarına daha çox dividend ödəyəcək”. İdarə Heyətinin sədri bildirib ki, ABB-də səhm sahibi olmaq vətəndaşlar üçün çox böyük qazanc fürsətidir. Çünki səhmdarlar bir tərəfdən hər il yüksək dividend qazanırlar, digər tərəfdən isə onların sahib olduqları səhmlərin dəyərinin ildən-ilə artma potensialı var. 

Əlavə olaraq, 2028-ci ilin 1 fevral tarixinə qədər Bakı Fond Birjasının listinqində olan səhmdar cəmiyyətlərin, o cümlədən ABB-nin səhmləri üzrə ödənilən dividendlərə görə fiziki şəxslərdən vergi tutulmayacaq. 

Son xəbərlər
Digər xəbərlər