8 C
Baku
Tuesday, January 13, 2026

ABB-nin İdarə Heyətinə yeni üzv seçildi

Dövlət bankı ABB-nin (Azərbaycan Beynəlxalq Bankı ASC) İdarə Heyətinə yeni üzv seçilib.

Banker.az xəbər verir ki, bu, Nərgizxanım Aqşin qızı Biləndərlidir.

Bununla da ABB-də İdarə Heyətinin üzvlərinin sayı sədr də daxil olmaqla yeddiyə yüksəlib.

Nərgizxanım Aqşin qızı Biləndərli Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və Kredit ixtisası üzrə magistr dərəcəsi alıb.

1995–2014-cü illərdə “Vostok Bank”, ABB, “Bank of Baku” və “Bank Standard” ASC-də müxtəlif vəzifələrdə çalışıb. 2014–2016-cı illərdə “Bank Standard” ASC-nin İdarə Heyəti sədrinin müavini, 2016–2018-ci illərdə isə “Bank VTB Azərbaycan” ASC-nin Risklər idarəsinin rəisi olub. 2022-ci ildə Duke Universitetinin “Adaptive Strategic Execution Program” proqramını başa vurub.

2018-ci ildən ABB-nin Baş direktoru olub.

Son xəbərlər
Digər xəbərlər