23 C
Baku
Friday, April 26, 2024

ABB-nin istiqrazları listinqə daxil edilib

Bu gün “Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) 20 milyon manatlıq istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

Banker.az bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək. Hərracın tarixi azı 2 iş günü qalmış BFB-nin internet səhifəsində açıqlanacaq.

Xatırladaq ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 20 000 ədəd faizli, sənədsiz, adlı, təminatsız istiqrazdan gedir. Qiymətli kağızlar 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 6 %-dir. Faizlər rüblük ödəniləcək.

Prosesin anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir. Bu maliyyə qurumu həm də istiqrazlar üzrə marketmeyker xidməti göstərəcək. Mayın 13-də Birja ilə investisiya şirkəti arasında marketmeyker müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, “ABB-İnvest” istiqrazların tədavül müddətində gündəlik 50 min manatdan az olmayaraq alış və satış öhdəliyi götürüb.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər