5 C
Baku
Saturday, December 14, 2024

ABB-nin portfelindəki korporativ səhmlər bahalaşıb və portfel ₼100 mln.-a yüksəlib

Dövlətə məxsus olan ABB-nin (Azərbaycan Beynəlxalq Bankı ASC) investisiya portfelində olan korporativ səhmlərin həcmi 100 milyon manata yüksəlib. Buna səbəb iki ABŞ şirkətinin səhmlərinin son bir ildəki bahalaşmasıdır.

Banker.az xəbər verir ki, bu barədə ABB-nin fərdi audit hesabatında bildirilir.

Bankın bu portfeli 2023-cü ildə illik müqayisədə 24 faiz üzərində artmaqla 80.17 mln. manatdan 99.69 mln. manata yüksəlib.

Hesabatda bildirilir ki, korporativ səhmlərin ədalətli bazar dəyəri “Mastercard Incorporeted” şirkətinin “B” kateqoriyalı səhmləri üzrə 27.4 milyon manat ekv. (16.12 mln. dollar) və “Vısa Incorparated” şirkətinin “C” kateqoriyalı səhmləri üzrə 71.8 mln manat (42.24 mln. dollar) olub.

2022-ci ilin sonuna bu səhmlərin dəyəri “Mastercard” üzrə 22.34 mln. manat (ekv), “Vısa” üzrə isə 57.34 mln. manat (ekv) olub.

“Mastercard”ın səhmləri 2023-cü ilin əvvəlində 350 dollar olduğu halda, hesabat ilinin sonuna 426 dollar olub. Bu bir il ərzində 22 faizə yaxın artımdır. Hazırda “Master card 450 dollar ətrafında ticarət edilir.

“Visa” 2023-cü ilin əvvəlində 210 dollar olduğu halda 260 dolların üzərinə qalxıb. Bu da səhmlərin 24 faiz ətrafında bahalaşmasıdır.

Qeyd edək ki, bankın ümumi investisiya qiymətli kağızlarınının həcmi keçən il 2 mlrd. 659.41 mln. manatdan 2 mlrd. 6.99 mln. manata düşüb. Azalmada əsas səbəb AMB-nin notlarıdır.

Son xəbərlər
Digər xəbərlər