“Azərbaycan Beynəlxalq Bankı”nın Səbail filialında 10 fevral 2014-cü il tarixindən etibarən 6 günlük, fasiləsiz iş rejimi tətbiq edilib. Bu barədə Bankın mətbuat xidmətindən məlumat verilib.
Filial şənbə günlərində saat 10:00-dan saat 16:00-dək fiziki şəxs olan müştərilərinə xidmət göstərəcəkdir.
Şənbə günlərində hesabların açılması və bağlanması, əmanət, kart, konvertasiya, kredit, kassa əməliyyatları, həmçinin elektron bankinqə qoşulma, pul köçürmələri, xidmət haqlarının ödənişləri kimi əməliyyatlar həyata keçiriləcəkdir.
Səbail filialı Bakı, L.Tolstoy küçəsi, 191 ünvanında yerləşir.