11 C
Baku
Monday, November 18, 2024

ABB-nin səhmdarlarının yığıncağının vaxtını dəyişib

ABB-nin (“Azərbaycan Beynəlxalq Bankı” ASC) İdarə Heyəti elan edib ki, 2022-ci il iyunun 14-də keçirilməsi nəzərdə tutulan səhmdarların növbəti ümumi yığın­cağı 2022-ci il iyunun 30-u saat 15.00-da Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvanda keçiriləcək.

Banker.az bu barədə elana istinadən xəbər verir.

Bununla əlaqədar bildiririk ki, “ABB” Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinin 8.10-cu maddəsinə əsasən, səsvermənin qiyabi şəkildə həyata keçirilməsi nəzərdə tutulub.

Ümumi yığıncağın gündəliyində dəyişikliklər edilməyib.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-3.2-ci maddəsini və “ABB” ASC-nin nizamnaməsinin 8.10-cu bəndini nəzərə alaraq qeyd edirik ki, ümumi yığıncağın gündəliyində olan məsələlərə münasibətinizi dəqiq və şərtsiz bildirməklə (lehinə, əleyhinə və bitərəf) və imzanız qanunvericilikdə müəyyən edilmiş qaydada (notarial və s.) təsdiq edilməklə, habelə şəxsiyyət vəsiqənizin surəti təqdim olunmaq şərti ilə sizə ünvanlanmış bildirişə əlavə edilən bülleten formasını dolduraraq qapalı zərfdə Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvana 2022-ci il iyunun 29-dək göndərib səsvermədə qiyabi iştirak edə bilərsiniz.

Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılışı ümumi yığıncağın keçirildiyi gün Bankın korporativ katibi tərəfindən həyata keçiriləcəkdir.

 

Son xəbərlər
Digər xəbərlər