®İş adamlarının etibarlı tərəfdaşı olan ABB biznesə dəstəyini sənədli əməliyyatlar və ticarətin maliyyələşdirilməsi sahəsində də uğurla davam etdirir. Bankın bu istiqamət üzrə portfelinin həcmi martın sonuna 1 milyard manata çatıb.
ABB biznes qurumlarına ehtiyac duyduqları sənədli əməliyyatların ən müxtəlif növlərini təklif edir. Müştərilər Bankın akkreditiv, bank qarantiyası, inkasso, layihələrin maliyyələşməsi məhsullarından rahatlıqla istifadə edə bilərlər.
ABB xaricdə ən geniş müxbir şəbəkəsinə malik Azərbaycan bankıdır. Dünyanın 30-a yaxın bankında, o cümlədən 4 ABŞ bankında müxbir hesabları var. Bundan başqa, 30-dan çox nüfuzlu bankla tərəfdaşlıq edərək sənədli əməliyyatların və ticarətin maliyyələşdirilməsi əməliyyatlarının aparılması üçün kredit xəttləri mövcuddur. ABB xarici tərəfdaşları olan banklardan da şirkətlər üçün qarantiya məktublarının alınmasını təmin edə bilir. Eyni zamanda, xarici bankların vəsaitləri hesabına layihələrin 10 ilə qədər müddətdə maliyyələşdirilməsinə şərait yaratmaq imkanındadır.
Bütün bunlar iş adamları üçün böyük fürsətlər deməkdir. Belə ki, ABB-nin sənədli əməliyyat məhsulları hesabına müştərilər beynəlxalq ticarət əməliyyatlarını, hesablaşmalarını heç bir gecikmə yaranmadan həyata keçirə bilirlər. ABB-nin istənilən filialına müraciət etməklə bu imkanlardan yararlanmaq olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.