12 C
Baku
Sunday, October 27, 2024

ABB-nin sədri “Agile” transformasiyada əhəmiyyətli nəticələr əldə etdiklərini deyir

“Son üç il ərzində “Agile” idarəetmə sisteminin tətbiqinə başlamışıq. Bank daxilində 11 “Agile” sahə yaratmış, “Agile” transformasiyada əhəmiyyətli nəticələr əldə etmişik”

Banker.az xəbər verir ki, bunu Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov 2022-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatındakı müraciətində bildirir.

Ölkənin ən iri bankının sədri əlavə edir ki, korporativ idarəetmə sistemləri inkişaf edərək müasir biznes tələblərinə uyğunlaşdırılıb.

“Data texnologiyaları prioritetlərimizin önündə gəlir, fəaliyyətimizin bütün sahələrində innovasiyaları təşviq edir”- deyə, bank sədrinin müraciətində bildirilib.

Hesabatda qeyd edilir ki, bankın “Agile”a keçid prosesinin koordinasiyası üçün Agile Ofisi yaradılıb. ABB-nin transformasiya təşəbbüslərinin daxildə və xaricdə kommunikasiyası üçün dəyişiklik səfirləri təyin edilib.

Bankın 700 tam ştatlı əməkdaşı (FTE) olan 17 “Agile” struktur bölmənin formalaşdırılmasında 10 “Agile” sahə və 7 Ekspert mərkəzi (EM) fəaliyyət göstəririr.

“Bütün təkmilləşdirmə təşəbbüsləri ABB-nin öz peşəkar daxili komandaları tərəfindən müstəqil şəkildə həyata keçirilib. “ABB mobile”ın idarə edilməsində üçüncü tərəflərdən asılılığın aradan qaldırılması daha effektiv nəzarətə və yaranan problemlərin çevik şəkildə aradan qaldırılmasına imkan verir. Bu təcrübə “Agile” yanaşmanın ABB üçün effektiv və müştəriyönümlü olduğunu sübuta yetirir”- deyə, dayanıqlı inkişaf hesabatında qeyd edilib.

Son xəbərlər
Digər xəbərlər