-1 C
Baku
Saturday, February 22, 2025

ABB-nin tərəfdaşlığı ilə İlin İş Adamı seçildi!

®Azərbaycanda artıq altıncı ildir keçirilən “EY İlin İş Adamı” Müsabiqəsi başa çatıb. 20 fevralda JW Marriott Absheron otelində təşkil edilmiş təntənəli mərasimdə qalib elan edilib. Müsabiqənin əsas qalibi Princeps Legem şirkətinin rəhbəri Gülbəniz Məmmədova olub.

O, Azərbaycanı dünya üzrə “EY İlin İş Adamı” Müsabiqəsinin beynəlxalq mərhələsində təmsil edəcək. Qalib biznes icmasının, beynəlxalq maliyyə qurumlarının nümayəndələri və tanınmış şirkət rəhbərlərindən ibarət müstəqil münsiflər heyəti tərəfindən 12 iştirakçı arasından seçilib.

Bundan başqa, Spektr Group şirkətinin rəhbəri Kamran Salayev “Sənaye lideri”, Upsystems şirkətinin rəhbəri Bəhruz Rüstəmov “İnnovasiya”, Regional Hospitalın rəhbəri Elçin Əliyev “Regional inkişaf”, SDA Consulting şirkətinin rəhbəri Səbinə Qazizadə “Qadın sahibkarlığında mükəmməllik” nominasiyası üzrə qalib olub.

ABB-nin İdarə Heyəti sədrinin müavini Taleh Tahirli müsabiqənin qala gecəsindəki çıxışında Bankın artıq altıncı ildir ki, bu müsabiqəyə dəstək verdiyini xatırladıb: “Biznes mühiti hər keçən gün dəyişir, texnologiyalar sahibkarlığın yeni inkişaf mərhələsinə keçidini sürətləndirir. ABB olaraq, sahibkarlarımızın bu yeni dövrdə daha güclü və rəqabətədavamlı olması üçün hər zaman onların yanındayıq. ABB-nin yeni ABB Biz tətbiqi, rəqəmsal maliyyə həlləri və süni intellekt əsaslı xidmətlər sahibkarların daha sürətli qərarlar verməsinə, maliyyə axınlarını daha effektiv idarə etməsinə imkan yaradır”. 

EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən keçirilir. Hazırda 60-dan çox ölkədə təşkil olunur və dünyanın ən nüfuzlu işgüzar mükafatlarından sayılır. “EY İlin İş Adamı” proqramının məqsədi yüksək potensiala malik iş adamlarının uğurlarını nümayiş etdirməkdir. ABB ilə yanaşı, bp şirkəti də müsabiqəyə sponsorluq dəstəyi göstərir. Proqramın partnyorları sırasında Ekvita konsaltinq şirkəti, Azpromo (Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi), Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası, “TimesConsulting” də var.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər