2022-ci ildə ABB-yə məxsus olan “TamKart”dan 518 553 nəfər şəxs aktiv istifadə edib.
Banker.az xəbər verir ki, bu barədə Bankın dayanıqlı inkişaf hesabatında qeyd edilir.
“TamKart” yerli bazara 2019-cu ildə təqdim olunub. Həm debet, həm kredit kartı funksiyalarını, 24 aya qədər taksit imkanlarını özündə birləşdirir. Həm “Visa” həm də “Mastercard” sistemində təklif olunmaqla “TamKart Klassik”, “TamKart Gold”, “TamKart Platinum”, “TamKart Premium” kimi bir neçə növü var. “TamKart”dan 300-ə yaxın tərəfdaş məkanda istifadə etmək mümkündür. Bu kart qeyri-bank ticarəti və xidmət məntəqələrində (qeyri-tərəfdaş) 1-40% arasında keşbek imkanı yaradır. Eləcə də, eksklüziv olaraq kart sahibləri üçün hazırlanmış digər üstünlüklər təklif edir.