1 C
Baku
Cümə, Yanvar 21, 2022

ABB-nin yeni konseptdə qurulmuş daha bir filial və şöbəsinin açılışı oldu

®Xidmət şəbəkəsini inkişaf etdirən ABB daha bir filialını və şöbəsini yeni konseptdə müştərilərin istifadəsinə verib. Bunlar Göyçay filialı və Atatürk şöbəsidir. Göyçay filialı Göyçay şəhəri Heydər Əliyev prospekti – 38 ünvanında xidmət göstərir. Atatürk şöbəsinin yerləşdiyi ünvan isə Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 242B-dir.      

ABB-nin adı çəkilən filial və şöbəsi müştərilərə ən yüksək səviyyədə xidmət üçün hər cür şəraitlə təmin olunub. Fərdi və korporativ müştərilər Göyçay filialı və  Atatürk şöbəsində onlara lazım olan çeşidli xidmətlərdən faydalana bilərlər. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 

Son xəbərlər
Oxşar xəbərlər