21 C
Baku
Wednesday, April 2, 2025

ABB-nin yeni törəmə şirkəti təsis edilib

ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) 1 mln. manat nizamnamə kapitalı ilə yeni törəmə şirkəti təsis edilib.

Banker.az xəbər verir ki, yeni təsis edilən şirkət “ABB-İnnovasiya” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Şirkət 19 mart tarixində Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınıb.

Şirkətin direktoru Həsən Eminov Etibar oğludur və Bakı şəhəri Nəsimi rayonu, Nizami, ev 67-də dövlət qeydiyyatına alınıb. H.Eminov 2022-ci ilin martından bankın Agile ofisinə rəhbərlik edir.

Qeyd edək ki, 13 dekabr 2024-cü il tarixində qiyabi şəkildə ABB Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilmişdi və həmin vaxt törəmə innovasiya şirkətinin yaradılması məsələsinə baxılaraq müsbət qərar qəbul edilmişdi.

Son xəbərlər
Digər xəbərlər