8 C
Baku
Friday, December 19, 2025

ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı aldı!

®ABB bank əməliyyatlarının təhlükəsizliyini PCI DSS 4.0.1 (Payment Card Industry Data Security Standard) sertifikatı ilə növbəti dəfə təsdiqlədi! Bu, ABB-nin rəqəmsal sistemlərinin, infrastrukturunun və proseslərinin ən son təhlükəsizlik standartlarına uyğunluğunu yenidən təsdiqləmiş olur.

PCI DSS 4.0.1 beynəlxalq sertifikasiyası Bankda müştərilərin ödəniş kartı məlumatlarının ən etibarlı şəkildə qorunduğunu, burada tətbiq olunan təhlükəsizlik standartlarının Visa, Mastercard, American Express kimi qlobal ödəniş sistemlərinin tələblərinə tam uyğunluğunu göstərir.

Qeyd edək ki, ABB-nin mobil bank tətbiqi olan ABB mobile da Beynəlxalq Standartlaşdırma Təşkilatının (International Organization for Standardization – ISO) ISO/IEC 27001:2022 sertifikatına malikdir.

Bütün bunlar Bankın müştərilər qarşısındakı məsuliyyətinin və innovativ yanaşmasının göstəricisidir. Maliyyə xidmətlərinin etibarlılığı, təhlükəsizliyi ABB üçün ən mühüm prinsiplərdəndir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

 

Son xəbərlər
Digər xəbərlər