Daima ödəniş sistemini və partnyor şəbəkəsini təkmilləşdirərək, istifadəçilərinə yüksək keyfiyyət standartlarına uyğun təhlükəsiz xidmət göstərmək istiqamətində işlər görən MilliÖN ödəniş sistemi daha bir yeniliklə istifadəçilərini sevindirdi.
Maliyyə sektoru üzrə 45 fərqli bank və maliyyə şirkəti ödənişləri üzrə istifadəçilərinə xidmət təqdim edən MilliÖN, Azərbaycan Beynalxalq Bank (ABB) ödənişlərini də portfoliyasına daxil edərək bu sayı 46-ya yüksəltdi.
Hazırda bank ödənişləri kateqoriyası üzrə istifadəçilər kredit ödənişi, karta mədaxil, hesaba mədaxil, pul köçürmələri, kredit sifarişi, əmanətin artırılması və cari hesabın artırılması kimi xidmətlərdən istifadə edir.
Qeyd edək ki, Azərbaycan Beynalxalq Bankı ödənişləri ilə yanaşı istifadəçilər million.az veb saytı, MilliÖN mobil tətbiqi və MilliÖN ödəniş terminalları vasitəsi ilə Kapital Bank, Unibank, Bank Respublika, Pasha Bank, Bank of Baku və digər bank ödənişlərini həyata keçirə bilərlər.
MilliÖN daima sizinlə, daima öndə!