28 C
Baku
Saturday, July 13, 2024

ABB səhmləri birjada bahalaşıb – Nominal qiymətindən 30% baha ticarət edilib

Dövlətə məxsus olan və eləcə də ölkənin ən iri kommersiya bankı “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin ilkin kütləvi təklif (IPO) xəbəri ərəfəsində dövriyyədə olan səhmlər təkrar bazarda bahalaşıb.

Banker.az-ın “İnvestisiya” bölməsinin araşdırmasına əsasən, ABB səhmləri iyun ayının 10-da sonuncu dəfə “əl dəyişdirib” və səhmlərin Bakı Fond Birjasında satış qiyməti 0.35 manat təşkil edib. Bu da nominal və ya minimal qiymətdən 30 faiz bahadır. ABB-nin səhmlərinin nominal dəyəri (minimal) 0.27 manatdır. ABB-nin IPO açıqlamasından sonra səhmdarlar gözləmə mövqeyinə çəkiliblər və həcmlər azalıb. Məsələn, ilin əvvəlində 17-60 minlik həcmdə alış-satışlar olduğu halda iyunda həcmlər 2 minə düşüb.

Azərbaycanda hazırda onlayn səhm və digər qiymətli kağızların alış-satışı mümkün olmasa da, fiziki mümkündür.

Bu il də əsas səhmdarı olan dövlətə və 1 800-ə yaxın digər səhmdarlara 185 mln. manat məbləğində dividend ödənişi olacaq. Son üç il üzrə dividend ödənişinin məbləği 2022-ci ildə 125 milyon manat, 2023-cü ildə 156 milyon 600 min manat, 2024-cü ildə 185 milyon manat olub. ABB-nin səhmləri üzrə dividend gəlirliliyi isə 15.1%-ə yüksəlib.

t4t565

Artıq 11 iyundan etibarən abunə yazılışına başlanılıb və 3 ay davam edəcək. Bankın 322 milyon ədəd səhmi satışa çıxarılıb. Bir səhmin minimal qiyməti 0.27 manatdır. Abunə yazılışı dövründə vətəndaşlar sifarişlərini 27 qəpik, yaxud daha yuxarı qiymətlə təqdim edə bilərlər. Bir vətəndaş minimum 100 ədəd, maksimum 75 000 ədəd ABB səhmi sifariş verə bilər.

Daha bir yenilik isə ondan ibarətdir ki, ABB səhmlərini onlayn qaydada almaq mümkündür. ABB-nin bu təşəbbüsü ölkədə ilkdir. ABB Mobile tətbiqi ilə yeni səhmdar cəlbini mümkün edib.

Son xəbərlər
Digər xəbərlər