Dövlətin və eləcədə respublikanın bank sektorunun nəhəngi ABB (Azərbaycan Beynəlxalq Bankı ASC) cari ildə kütləvi səhm buraxılışının abunə yazılışı ərəfəsində investorlar üçün daha bir bir müsbət nəticələrini nümayiş etdirmiş oldu.
Banker.az xəbər verir ki, 2024-cü ilin yanvar-iyun yarımilliyində ABB-nin xalis mənfəəti 172.39 milyon manat olub. Bu 2023-cü ilin müvafiq dövründə 164.04 milyon manat olmuşdu. Hazırkı göstərici ilə sektordakı bütün rəqiblərini xalis mənfəətdə üstələmiş olub.
ABB ilin ilk yarısında 583.76 milyon manatlıq cəmi gəlir əldə etdiyini açıqladı və bu da 2022-ci ildə qeydə alınmış 469.16 milyon manatı 24 faiz üstələmiş olub.
Bankın faiz gəlirləri 437.26 milyon manat, qeyri-faiz gəlirləri 146.5 mln. manat olarkən, 96.66 milyon manat faiz xərci və 222.95 mln. manat qeyri faiz xərci olub.
ABB bu IPO-da 322 milyon ədəd səhm buraxıb ki, onun nominal dəyəri 86.9 milyon manat təşkil edir. Səhmlərin biri 27 qəpik, minimal sifariş 100, maksimum 400 000 səhm almaq imkanı yaradır. Səhmlərə abunə yazılışı 2024-cü ilin sentyabrında bitir. Bununla belə, ölkədə ilk dəfə ABB onlayn qaydada səhmləri almaq üçün abunə yazılışına imkan yaradıb. Bununla belə, digər broker vasitəsi ilə də bu səhmləri almaq imkanı mövcuddur. Abunə yazılışı sentyabr ayına qədər davam edəcək.