ABB səhmdarlara dividend ödəyəcək – Səhmlər 31 qəpiyə qalxdı!

Azərbaycan Beynəlxalq Bankı 2025-ci ilin maliyyə nəticələrinə əsasən “ABB” ASC-nin səhmdarlarına dividendi ödənilməsi nəzərdə tutulur.

Banker.az xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyətinin səhmdarlara göndərdiyi bildirişdə bildirilir.

Səhmdarlarının növbəti ümumi yığıncağı 07.05.2026-cı il tarixində keçirləcək.

ABB 2025-ci ili 336 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə (294 mln. manat) təxminən 14% artım deməkdir. 1 yanvar 2026-cı il tarixinə bankın balansındakı bölüşdürülməmiş mənfəətin həcmi 621,3 milyon manata çatıb.

Bu xəbərlər öncəsi ABB səhmləri Bakı Fond Birjasında 0.31 manat olub ki, bu ötən yaydakı 0.25 manatdan 48 faiz bahadır.

Bank rəhbərliyi 2025-ci ilin nəticələrinə görə dividend gəlirliliyinin nominal qiymətə (0,27manat) nisbətdə 16%-ə yaxın olacağını gözləyir. Bu da ümumi dividend fondunda yeni bir rekordun (ehtimal ki, 200 milyon manatdan yuxarı) olacağını göstərir.

ABB üzrə son illərin dividend göstəricilərinə görə, 2020-ci ilin mənfəəti üzrə 2021-ci ildə 110 milyon manat həcmində dividend ödənilib və bu, hər səhmə düşən təxminən 2.4 qəpik təşkil edib. 2021-ci ilin nəticələrinə əsasən 2022-ci ildə dividend məbləği 125 milyon manata yüksələrək hər səhmə düşən 2.8 qəpiyə çatıb.

2022-ci ilin mənfəəti üzrə 2023-cü ildə 156.6 milyon manat dividend ödənilib və hər səhmə düşən 3.4 qəpik olub. 2023-cü ilin nəticələrinə görə 2024-cü ildə bu göstərici 185 milyon manata və hər səhmə düşən 4.1 qəpiyə yüksəlib. 2024-cü ilin mənfəəti üzrə isə 2025-ci ildə təxminən 200 milyon manat dividend ödənilməsi və hər səhmə düşən 4.4 qəpik olub.

Son xəbərlər
Digər xəbərlər