23 C
Baku
Tuesday, March 18, 2025

ABB səhmdarlara dividend verəcək – Səhmlər bahalaşıb

07 may 2025-ci il tarixində “Azərbaycan Beynəlxalq Bankı”ASC (ABB) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Bankın İdarə Heyətinin bildirdiyinə görə, ümumi yığıncaq qiyabi şəkildə keçiriləcək və səsvermə Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında (invp.e-mdm.gov.az) yaradılmış şəxsi kabinet vasitəsilə aparılacaq.

Yığıncağın gündəliyinə üç əsas məsələ daxildir:
1. 2024-cü ilin maliyyə hesabatlarının və idarəetmə hesabatının təsdiq edilməsi;
2. 2024-cü il üzrə maliyyə nəticələrinə əsasən səhmdarlara dividend ödənilməsi;
3. Audit Komitəsinin müstəqil kənar üzvlərinin mükafatlandırılması.

ABB-nin səhmdarlarına dividend ödənilməsi ilə bağlı xəbərlər bazarda müsbət təsir edib. Belə ki, ilin əvvəlində 27 qəpik olan səhmlər mart ayının əvvəlinə 30 qəpiyə yüksəlib. Martın ilk 17 günü ərzində aparılan ticarətlərdə isə ümumi səhmlərin satış həcmi 424 624 ədəd təşkil edib.

Səhmdarlar gündəlikdə olan məsələlərə dair münasibətlərini 15 aprel 2025-ci il tarixindən 07 may 2025-ci il tarixinədək elektron qaydada və ya bülleteni çap edib doldurmaqla bildirə bilərlər. Qiyabi səsvermədə iştirak etmək üçün doldurulmuş bülletenləri Bakı şəhəri, Nizami küçəsi 67 ünvanına qapalı zərfdə göndərmək tələb olunur.

Ümumi yığıncağın keçirildiyi gün elektron səsvermənin nəticələri və qapalı zərflərdə göndərilən səslər hesablanacaq.432423

Son xəbərlər
Digər xəbərlər