®03 iyul 2023-cü ildə ABB-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. Səsvermə qiyabi şəkildə təşkil olunub. Yığıncaqda ABB-nin kənar auditor tərəfindən təsdiq olunmuş və Audit Komitəsinin tövsiyə etdiyi 2022-ci il üzrə maliyyə hesabatı təsdiqlənib.
2022-ci ilin maliyyə nəticələrinə əsasən, Bankın səhmdarlarına dividendin ödənilməsi məsələsinə də baxılıb. Ötən ilin mənfəətindən səhmdarlara 156 600 000 manat dividendin ödənilməsinə qərar verilib.
İclasda bir sıra təşkilati məsələlərə də münasibət bildirilib, müvafiq qərarlar qəbul olunub.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.