11 C
Baku
Sunday, November 17, 2024

ABB son 5 il ərzində dövlətə 1.3 mlrd. manatlıq ödənişlər edib

Dövlət bankı ABB (Azərbaycan Beynəlxalq Bankı ASC) 2023-ci il ərzində dövlət büdcəsinə ümumilikdə 117 mln. manat vergi ödəyib.

Banker.az xəbər verir ki, bunu bankın İdarə Heyətinin sədri Abbas İbrahimov mediaya müsahibəsində bildirib.

Bunun 84 mln. manat hissəsi mənfəət vergisi olub. Bundan başqa, ABB 2022-ci ilin mənfəətindən ötən il səhmdarlarına 156 mln. manat dividend də ödəyib. Bankın səhmlərinin 96,4%-i dövlətə məxsus olduğundan dividendlərin 151 mln. manatı məhz dövlətə ödənib.

Ümumən, son 5 ildə mənfəət vergisi, səhmdarlara ödənilən dividendlər nəzərə alınmaqla dövlət büdcəsinə və sosial yönümlü layihələrə ABB 1.3 mlrd. manatdan çox ödənişlər edib.

2023-cü il ABB-nin sağlamlaşma dövründən sonra ən yüksək əməliyyat mənfəəti qazandığı ildir. Biz ABB menecmenti olaraq bu il, səhmdarlarımıza ödənilən dividendlərin artırılması və minimum 15% gəlirliliyin təmin olunması məqsədilə 185 mln. manat həcmində dividend ödənişi təklif edəcəyik. Beləliklə, ABB bu il səhmdarlarına yüksək məbləğdə dividend ödəməyi hədəfləyir.

Son xəbərlər
Digər xəbərlər