13 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

ABB Tech Akademiyası proqramçılarla yanaşı məhsul sahibləri də yetişdirəcək!

®ABB-nin yaratdığı ABB Tech Akademiyası yeni qəbul proqramlarını elan edib. Bu proqramlar “Məhsul sahibi” və “Proqram təminatı mühəndisliyi-2” istiqamətlərindədir. Akademiyaya qəbul olunmaq istəyən şəxslər ərizələrini buradan göndərə bilərlər.

İndiyə qədər ABB Tech Akademiyasını 11 istiqamət üzrə 300-dən çox məzun bitirib. Məzunların təxminən 75%-i ABB-də və ölkənin digər aparıcı şirkətlərində işlə təmin olunub. Proqramlara bp şirkəti və onun tərəfdaşları da dəstək verir. Yüksək nəticə göstərmiş tələbələrə təqaüd qazanmaq imkanı yaradılır.

Tədrisi beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında həyata keçirir. ABB Tech Akademiyasında verilən təhsil tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, özlərini və layihələrini təqdim etmək bacarıqlarını təkmilləşdirmələrinə, informasiya texnologiyaları sahəsində peşəkarlar icmasının üzvü olmalarına da kömək göstərir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Son xəbərlər
Oxşar xəbərlər