6 C
Baku
Sunday, December 15, 2024

ABB və ASCO hökumətin gözləntilərini nəinki doğruldub, hətta ondan yuxarı dividend ödəyiblər

Azərbaycanda shmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlərdən daxilolmalar üzrə proqnoz artıqlaması ilə icra edilib və bunun da əsas səbəbkarları “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dir (ASCO).

Banker.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2022-ci il üzrə dövlət büdcəsinə dair rəyində bildirilir.

2022-ci ilin dövlət büdcəsində səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar 106.5 mln. manat proqnozlaşdırılmış, icra isə 130.7 mln. manat olub.

Hökumət ABB-dən 2022-ci ildə 100 milyon manatlıq dividend əldə edəcəyini gözləyərkən, bank ona 120 milyon 458.8 min manat dividend ödəyib. 2021-ci ildə isə 120 mln. 824.2 min manat ödəmişdi.

ABB son illərdə mənfəətliyə çıxıb ölkənin bank sektoru üçün sistem əhəmiyyətli bank olaraq qalmaqdadır. Banker.az xatırladır ki, 2023-cü ilin 1 aprel tarixinə bankın audit olunmamış hesabatına görə bankın balansında 291 mln. 586.45 min manatlıq yığılmış mənfəəti qalmaqdadır.

Dövlətin mənfəətli işləyən dənizçilik biznesi gözləntiləri üstələyib. Ötən il ASCO dövlət büdcəsinə 10 mln. manat mənfəətindən dividend ödəyib. Bu 2021-ci ildəkindən və bu il üçün proqnoz edilən rəqəmdən 2 dəfə çoxdur.

“Hesablama Palatası tərəfindən aparılan təhlillər bu istiqamətdə potensialın daha çox olduğunu göstərmişdir”- deyə, rəydə deyilir.

 

Son xəbərlər
Digər xəbərlər