“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsini rəhbər tutaraq, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin ( “ABB” ASC) 07.05.2026-cı il tarixində Bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, “ABB” ASC-nin Nizamnaməsinin 8.10-cu maddəsinə əsasən səsvermənin qiyabi şəkildə, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında (invp.e-mdm.gov.az) yaradılmış şəxsi kabinet vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilir:
1. “ABB” ASC-nin kənar auditor tərəfindən yoxlanılmış 2025-ci ilin maliyyə hesabatları və idarəetmə hesabatının təsdiq edilməsi;
2. 2025-ci ilin maliyyə nəticələrinə əsasən “ABB” ASC-nin səhmdarlarına dividendin ödənilməsi;
3. “ABB” ASC-nin aktivlərin idarə edilməsi üzrə törəmə şirkətinin yaradılması;
4. Xarici bankda iştirak payının (nəzarət səhm paketinin) alınması;
5. “ABB” ASC-nin Müşahidə Şurasının tərkibinə dəyişiklik edilməsi
Ümumi yığıncağın gündəliyinə çıxarılan məsələlər üzrə müvafiq materiallar və səsvermə bülleteni 15.04.2026-cı il tarixindən hər bir səhmdar üçün Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında yaradılmış şəxsi kabinetində yerləşdiriləcəkdir (invp.e-mdm.gov.az).
Gündəlikdə olan məsələlərə dair münasibətinizi şəxsi kabinet vasitəsilə 15.04.2026-cı il tarixindən 06.05.2026-cı il tarixinədək elektron qaydada bildirməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz.
Yuxarıda qeyd olunan şəkildə elektron qaydada verilmiş səslərin sayılması ümumi yığıncağın keçirildiyi gün həyata keçiriləcəkdir.






