“ABB” ASC-nin kredit portfeli 2023-cü ildə illik müqayisədə 43% artaraq 5 milyard 49 milyon manata çatıb.
Banker.az-ın məlumatına görə, bankın biznes kreditləri portfeli 53% artaraq 2 milyard 505 milyon manata, istehlak kreditləri 41% artaraq 1 milyard 370 milyon manat, ipoteka kreditləri portfeli isə 28% artaraq 1 milyard 174 milyon manata yüksəlib.
31 dekabr 2023-cü il tarixində ABB-in cəmi aktivləri 13 milyard 668 milyon manat olub, cəmi öhdəlikləri 11 milyard 858 milyon manat, cəmi kapitalı isə 1 milyard 810 milyon manat təşkil edib.