14 C
Baku
Thursday, April 25, 2024

“ABC-Telecom”da Marketinq üzrə işləmək istəyənlər üçün əla fürsət!

Şirkət: ABC Telecom

Vakansiya: Marketinq sahəsində işləmək istəyənlər üçün əla fürsət!

Karyeranızı marketinq sahəsində qurmaq istəyirsiniz? Maraqlı fikirləriniz var, lakin onları reallaşdırmaq imkanı yoxdur?

Bu imkan marketinqdə yeni fikirləri və maraqlı yanaşma tərzi olan yaradıcı insanlar üçündür!

ABC-Telecom” şirkəti hal-hazırda çalışan və yeni iş imkanı axtaran, hal-hazırda çalışmayan və iş axtarışında olan və ya ümumiyyətlə heç vaxt çalışmayanları müsabiqəyə dəvət edir.

Müsabiqədə iştirak etmək istəyinizi bizə məktubla bildirin, müsabiqə taprşırığını alın və nəticəni bizə göndərin.

Müsabiqə qaliblərini “ABC-Telecom”-da cəlbedici iş təklifi və geniş karyera imkanları gözləyir!

Mövzu hissəsində “Marketinq müsabiqəsi” qeyd etməklə məktubunuzu [email protected] elektron ünvanına göndərərək müsabiqəyə qatıla bilərsiniz.

«ABC Telecom» şirkəti “Kontakt Home” mağazalar şəbəkəsi vasitəsi ilə müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. “ABC Telecom” şirkəti davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə qoşulun!

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər