VAKANSİYA 1: Hüquqşünas (Problemli Kreditlər şöbəsi)
Tələblər:
- Təhsil: ali (hüquq təhsili olanlara üstünlük veriləcək)
- Azərbaycan, rus dili orta səviyyədə
- Hüquq, problemli kreditlər sahəsində, və ya hüquq mühafizə orqanlarında iş təcrübəsi arzu olunandır
- Tələbkar, obyektiv, məsuliyyətli, aktiv və çevik olmalı
- Məqsədyönlülük (yekun nəticəyə yönəlmə bacarığı), komandada işləmək bacarığı
Vəzifələr:
- Müxtəlif hüquqi sənədlərin hazırlanması
- Məhkəməyə hazırlıq işlərinin aparılması, iddia ərizələrinin hazırlanması və işlərin məhkəməyə göndərilməsi
- Məhkəmələrdə şirkəti nümayəndə qismində təmsil etmək
- Məhkəmə qərarlarının vaxtında almaq və aidiyyatı üzrə təqdim etmək
- Mübahisə tərəfləri ilə əlaqələr yaratmaq və danışıqlar aparmaq
- Müvafiq məlumat bazası yaratmaq
- Borclulara qarşı məhkəmə iddiası qaldırmaq və qanunun tələblərinə uyğun olaraq borcların alınmasında birbaşa iştirak etmək
- Məhkəmədə iddialarla bağlı qərarların icrasının təmin edilməsi ilə bağlı müvafiq tədbirlər görmək
- Şirkətin maraqlarınımüxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək
- Şirkətdaxili sənədlərin hüquqi baxımdan yoxlanılması, hüquqi rəy verilməsi, zərurət yarandıqda dəyişdirilməsi barədə təkliflərin hazırlanması və digər
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: həftənin 6 günü, istirahet günü: bazar
- ə/h – razılaşdırılma yolu ilə
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Hüquqşünas (Problemli Kreditlər şöbəsi)” yazaraq CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.
Vakansiya 2: Kompyuter Operatoru
Tələblər:
• Ali təhsil (filologiya və ya hüquq sahəsində bakalavr dərəcəsi arzu olunandır)
• Ofis proqramları ilə iş təcrübəsi (MS Word, MS Excel, MS Outlook) – 1 ildən
• Sürətlə çap edə bilmə bacarığı
• Məsuliyyət və diqqətlilik kimi şəxsi keyfiyyətlərə malik olmaq
Vəzifələr:
• Verilən mətnin məlumat bazasına daxil edilməsi
• Müxtəlif hüquqi sənədlərin hazırlanması
• Lazımi hesabatların hazırlanması
• Verilən tapşırıqların vaxtında və məsuliyyətlə yerinə yetirilməsi
İş barədə məlumat
• Əmək məcəlləsinə uyğun sənədləşmə
• İş qrafiki: I-V günlər, 09:00-18:00, VI-cı gün- qısa iş günü
• Əmək haqqı- 400 AZN
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Kompyuter Operatoru” qeyd edərək
[email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.