13 C
Baku
Saturday, November 16, 2024

Abdulbari Gözəl: “Biz satışdan böyük qazanc güdmürük”

“Dünya bazarında neftin ucuzlaşması Azərbaycana da təsirsiz ötüşməyib”.

Bunu “Azersun Holding”in prezidenti Abdulbari Gözəl bildirib.

“Dollar ancaq Azərbaycanda bahalaşmır. ABŞ-ın milli valyutası avroya qarşı da güclənib. Təbii olaraq bu, Azərbaycanda bir çox məhsulların bahalaşmasına səbəb olub. Söhbət əsasən xaricdən idxal olunan məhsullardan gedir. Xoşbəxtlik ondadır ki, “Azersun Holding” bu böhranda Azərbaycanın qida bazarına dayaq oldu. İnanın, bu böhranın qarşısında heç kəs dayana bilməzdi, çökərdi” – deyə A.Gözəl bildirib.

A.Gözəl deyib ki, holdinq bu ilin I yarısını ciddi zərərlə başa vurub: “Təbii ki, biz dövlətin siyasətinə uyğun hərəkət edirik. İllərdir qazanmışıq, bu il də qazanmayaq, bir müddət zərərlə işləyək”.

Holdinq prezidentinin sözlərinə görə, dolların güclənməsi hər-hansı məhsulun kəskin bahalaşmasına səbəb olmamalıdır: “Hələlik dolların məzənnəsi stabildir. Çox şükür ki, yerli məhsulumuz çoxdur. Başqa şirkətlər qiymətləri 20-30% qiyməti qaldırdığı halda, biz 5-10% ilə keçinə bilirik. “Azersun Holding” məhsullarının satışından çox da böyük qazanc güdmür, şirkət qaneedici xeyirlə işləyir”.

Onun sözlərinə görə, qlobal iqtisadiyyatda baş verən proseslərin müsbət tərəfləri də var. Holdinq prezidenti bunu yerli məhsullara tələbatın kəskin artımı ilə izah edib.

APA

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.