“Azersun Holdinq” MMC-nin maliyyə bazarı üzrə törəmə sərmayəçi şirkəti “Anadolu İnvestment Kompani” MMC-nin baş direktoru (CEO) vəzifəsinə əvvəlki şəxs qaytarılıb.
Bu barədə Banker.az-ın şirkətə yaxın mənbələrdən əldə etdiyi məlumatda deyilir.
Məlumata görə, holdinqin sahibi Abdulbari Gozal-ın qızı Leyla Gozal Kurt yenidən “Anadolu İnvestment Kompani”nin CEO-su təyin edilib. Ötən ilin dekabr ayının yarısında məlum olmuşdu ki, L.G.Kurt vəzifəsindən kənarlaşıb, yerinə Səidə Zeynal qızı Bayramova təyin edilib.
“Anadolu İnvestment Kompani” hazırda Azərbaycan bank sektorunda 6-cı ən böyüyü olan “ASB Bank”-ın səhmlərinin 98.43%-inə, “Azərbaycan Sənaye Sığorta Şirkətinin” 75%-lik səhmdarınə sahibdir. L.G.Kurt həmçinin adıçəkilən bankın skapitalında 1% pay sahibi olan səhmdardır.
“Anadolu İnvestment Kompani” MMC – 2003-cü ildə yaradılıb, 22 milyon manat nizamnamə kapitalına sahibdir.