18 C
Baku
Thursday, April 25, 2024

Abel Məhərrəmovun vəfat etmiş kürəkəninin yerinə yeni rəis təyin edilib

Azərbaycan daxili işlər orqanlarında növbəti təyinat olub.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis polkovniki Azad Quliyev Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin kadrlar şöbəsinin rəisi təyin olunub. Bu barədə xəbəri “Unikal.org” adlı mənbə yazır.

Xəbəri nazirliyin Baş Mühafizə İdarəsindən təsdiqləyiblər.

Qeyd edək ki, bu təyinata qədər həmin vəzifədə BDU-nun keçmiş rektoru, akademik Abel Məhərrəmovun kürəkəni polis polkovniki Azər Sadıqov çalışırdı.

O, Nabrandakı “El Faro” əyləncə mərkəzində olarkən səhhəti pisləşmişdi. Sonradan Türkiyədəki klinikada dünyasını dəyişmişdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər