9 C
Baku
Monday, November 18, 2024

Abituriyentlərin ali məktəblərə qəbulolma göstəriciləri açıqlanıb

2021-ci ilədək son 12 ilin statistikası əsasında hər bir rayonun ayrı-ayrı fənnlər üzrə ən qabaqcıl məktəbləri də müəyyənləşdirilib.

Bu barədə “Abituriyent” jurnalının 12-ci sayında qeyd edilib.

Bildirilib ki, respublikanın müxtəlif bölgələrindən olan abituriyentlərin ali təhsil müəssisələrinə qəbulolma göstəriciləri üzrə aparılan statistik araşdırmalar göstərir ki, Qubadlı rayonu abituriyentlərinin ali təhsil müəssisələrinə qəbulolma faizi daha yüksəkdir. O da qeyd edilməlidir ki, son doqquz ildə bir qayda olaraq, Bakı şəhərindən və Ordubad rayonundan olan abituriyentlərin qəbulolma faizi yüksək olub. Son illər qəbul imtahanlarında iştirak edən və qəbul olan abituriyentlərin arasında kənd rayonlarından olan abituriyentlərin sayı artıb. Belə ki, 2011-ci ildə kənd rayonlarından olan abituriyentlərin sayı imtahanda iştirak edən abituriyentlər içərisində 52.76%, qəbul olan abituriyentlər içərisində isə 45.59% idisə, artıq 2015-ci ildə bu rəqəmlər, müvafiq olaraq, 54.67% və 50.05%-ə, 2016-cı ildə 55.51% və 52.13%, 2017-ci ildə 57.13% və 52.67%, 2018-ci ildə 58.18% və 54.15%-ə, 2019-cu ildə 57.82% və 54.38%-ə, 2020-ci ildə 59.64% və 56.84%-ə, 2021-ci ildə 59.67% və 55.84%-ə bərabər olub.

165 1654845070

Respublikanın böyük şəhərlərini təmsil edən abituriyentlərin ali təhsil

müəssisələrinə qəbulolma faizinə görə Sumqayıt şəhərinin nəticələri digər şəhərlərin göstəricilərindən yüksəkdir. İmtahanda iştirak edən hər 100 Sumqayıt məktəblisindən 56-57-si ali təhsil müəssisəsinə qəbul olub.

Naxçıvan şəhərinin də abituriyentlərinin ali təhsil müəssisələrinə qəbulolma faizi yüksək olub.

Bakı şəhərinin abituriyentləri ənənəvi olaraq qəbulolma göstəricisinə görə ən yaxşılardan olub və imtahanda iştirak edən hər 100 Bakı məktəblisindən 53-54-ü ali təhsil müəssisəsinə qəbul olub. Ötən ilə nəzərən, bu il Mingəçevir şəhəri istisna olmaqla böyük şəhərləri təmsil edən abituriyentlər seçməsində ali təhsil müəssisələrinə qəbul olanların nisbi çəkisi artmışdır. Artım daha çox Gəncə şəhərinin göstəricilərində nəzərə çarpır. Belə ki, əgər 2020-ci ildə bu şəhərin hər yüz məzunundan 38-39-u tələbə adını qazanmışdısa, bu il onların sayı artıq 45-46 nəfərdir. Mingəçevir şəhəri üzrə isə ötən il hər 100 məzundan

45-46-sı ali təhsil müəssisəsinə qəbul olmuşdursa, bu il onların sayı 44-45 olub.

167 1654845053

MənbəApa
Son xəbərlər
Digər xəbərlər