8 C
Baku
Thursday, December 12, 2024

ABN Amro bankı selfie ilə bank hesabı açmağa icazə verdi

Hollandiyanın ABN Amro bankı nəhəng banklar içərisində potensial müştərilərinə smartfon köməkliyi ilə hesab açmağa icazə verən ilk bank oldu. Hesabın açılması üçün isə müştəri şəxsiyyət vəsiqəsinin şəklini çəkməli, selfie etməli və iDeal xidməti vasitəsilə 0,01 avro ödəməlidir.

Pərakəndə bankçılığın idarə edici rəhbəri Frans Uolders bildirmişdir: “Müştərilərimiz arasında smartfondan istifadə hallarının artmasını müşahidə edirik. Onların maraqlarına uyğun olaraq müştərilərimizə smartfonun köməkliyi ilə hesab açmaq imkanı yaradırıq ki, bu da çox sürətli və asandır. Belə ki, bu zaman bank filialına yaxınlaşmaq mütləq deyil”.

Bank bu yaxınlarda yeni xidməti özünün texniki laboratoriyası çərçivəsində sınaqdan keçirdi. Həmçinin pilot layihə bankın Hollandiya üzrə 6 filialında da istifadəyə verildi. Kredit təşkilatının mətbuat xidmətinin bildirdiyinə görə, ABN Amro mobil tətbiqetməsindən auda 57 milyon dəfə istifadə olunub. Bu ilin sentyabr ayında tətbietməyə bir neçə əlavə funskiya daxil edərək modernləşdirmişdilər.

Bu yaxınlarda MasterCard şirkəti də maliyyə əməliyyatlarının icrası üçün selfie imkanlarından istifadə etməyi qərara almış və selfie köməkliyi ilə həyata keçirilən xidmət yaratmışdı.

Lakin ABN Amro bankı Avropada banklar içərisində selfie köməkliyi ilə hesab açmağa imkan verən ilk bank oldu. Əvvəllər belə imkanı yalnızca startaplarda tapmaq olardı, məsələn, britaniyalı Monese şirkətində.

Son xəbərlər
Digər xəbərlər