10 C
Baku
Friday, December 13, 2024

Abonentlərə qazın satışını “Azəriqaz” həyata keçirəcək

Əhali və qeyri-əhali abonentlərinə qazın satışını əvvəlki kimi “Azəriqaz” İB həyata keçirəcək.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib:

““Azərkontrakt” ASC təbii qazın topdan satışı ilə məşğul olacaq. Əhali və qeyri-əhali abonentlərinə isə təbii qazın satışını əvvəlki kimi “Azəriqaz” həyata keçirəcək. Dünyanın əksər ölkələrində topdan satış və paylayıcı şirkətlər ayrı-ayrı fəaliyyət göstərir. Bunu qaz təsərrüfatı sahəsində bizim Respublika üçün də yeni bir islahat hesab edə bilərik”.

Qeyd edək ki, bu günədək SOCAR həm təbii qazın hasilatını, həm də təbii qazın daxili bazarın istehlakçıları və paylayıcılarına “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azəriqaz” İstehsalat Birliyi və Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinə satışını həyata keçirirdi.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər